USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ beynəlxalq sular üzərində uçmağa davam edəcək - PENTAQON RƏHBƏRİ

16.03.2023 Siyasət
16 3
ABŞ Rusiyaya xəbərdarlıq müraciəti ünvanlayıb.

Birləşmiş Ştatların Pentaqon rəhbəri Loyd Ostin Rusiya Müdafiə Nazirliyinin rəhbəri Şoyquya müraciət edərək bildirib ki, Amerika beynəlxalq sular üzərində uçuşlarını davam etdirəcək. O bildirib ki, qanunlar buna bütünlüklə icazə verir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsi Qara dəniz üzərində uçaraq hava məkanından istifadə sərhədlərini pozub. PUA Rusiya sərhədinə doğru irəlilədiyinə görə təcavüzkarı müəyyən etmək üçün rus qırıcıları havaya qalxıb. Qəfil manevr nəticəsində pilotsuz təyyarə suya düşüb. Rus qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz baza aerodromuna sağ-salamat qayıdıb", - deyə bildirmişdi.