USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq" - SABİQ NAZİR MÜAVİNİ

16.03.2023 Siyasət
10 28
Türkiyədə müxalifət hakimiyyətə gələrsə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq.

Kommersant.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Türkiyənin sabiq Ekologiya və Şəhərsalma nazirinin müavini, AKP-nin xarici içlər üzrə sədr müavini Mehmet Ceylan bildirib.

Onun sözlərinə görə, əgər Kamal Kılıçdaroğlu hakimiyyətə gələrsə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq. Təbii ki, Türkiyə milləti hər zaman qardaşının yanındadır. Amma hökumət əlaqələri baxımından Türkiyə Azərbaycan münasibətləri AKP hakimiyyətinin dönəmindəki kimi olmayacaq. Azərbaycandakı seçicilərimizin buna diqqət etməsini tövsiyyə edirik.

M.Ceylan həmçinin qeyd edib ki, hazırda Türkiyə iqtidarı Azərbaycan üçün iki dövlət tək millət şüarı ilə hərəkət edir. Qardaş ölkə ilə münasibətlərimiz kulminasiya nöqtəsində olduğu bir dövrdə Azərbaycandakı vətəndaşlarımızdan AKP-yə səs vermələrini önəmlə xahiş edirik.