USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək - Əli Əsədov

17.03.2023 Siyasət
11 5
Hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

Kommersant.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, 2022-ci ildə minimum əmək haqqları 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.

“Həmçinin minimum pensiya məbləği 20%, sosial müavinətlər və Prezident təqaüdləri 26% artırılmışdır. Bundan əlavə, aylıq müavinətlərin orta məbləği üzrə artım 33% təşkil edib.

Ümumilikdə, 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilmişdir. Bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb”, - deyə Baş nazir bildirib.

O qeyd edib ki, Prezident tərəfindən 2023-cü ilin əvvəlindən sosial artımları özündə ehtiva edən sosial islahatlar davam etdirilib.

“Ümumilikdə, 2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcəkdir”, - deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.