USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Çinlə əlaqə kanallarını açıq saxlamaq istəyir - Ağ Ev

22.03.2023 Siyasət
24 6
ABŞ prezidenti Co Bayden Çinlə əlaqə kanallarını açıq saxlamaq istəyir və Çinin onun sədri Si Cinpinin Rusiyaya səfəri bu mövqeyi dəyişməyib.

Kommersant.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Prezident (Co Bayden - red.) Çinlə əlaqə kanallarının açıq qalmasını istəyir. Bununla bağlı heç nə dəyişməyib", - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Çin lideri ilə söhbəti “lazım olan vaxt” davam etdirəcək.