Fransızların 70 faizindən çoxu Makronun yaxşı prezident olmadığını düşünür.
Fransada keçirilən rəy sorğusunun nəticələrinə görə, prezident Emmanuel Makronun populyarlığı ölkədə təqaüdə çıxanlara qarşı etirazlar səbəbindən bir ayda 6 pillə geriləyib.
BVA ictimai rəyi araşdırma qrupunun sorğusuna əsasən, fransızların 70 faizindən çoxu Makronun yaxşı prezident olmadığını düşünür. Makronun populyarlığı 28%-ə düşüb, bu, onun vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədir.
Respondentlərin üçdə ikisi pensiya yaşının 2 il artırılaraq 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahatın geri götürülməsini istəyir.
Sorğu martın 24-25-də ölkə əhalisini təmsil edən yaşı 18-dən yuxarı olan 1000 nəfər arasında aparılıb.
Qeyd edək ki, əvvəlki aylarda keçirilən sorğularda Makronun populyarlığı 34 faizdən yuxarı idi.