“Bundan sonra Azərbaycan-İsrail münasibətləri daha da geniş formada inkişaf edəcək”.
Kommersant.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bu gün İsraildə Azərbaycan səfirliyinin açılması haqqında danışarkən deyib.
Politoloq qeyd edib ki, İsraildə səfirliyimizin açılması, səfir təyin edilməsi münasibətlərin intensiv şəkildə inkişaf etdirilməsinə gətirib çıxaracaq:
"30 il ərzində demək olar ki, İsrailin Azərbaycandakı səfiri həm də Azərbaycanın İsraildəki səfiri funksiyasını yerinə yetirirdi. Çünki ən azı diplomatik yazışmalardan tutmuş, konkret məsələlərin həllində məhz bir diplomatik nümayəndəlik fəaliyyət göstərirdi. İndi isə iki diplomatik nümayəndəlik olacaq. Ona görə də bundan sonra münasbətlərin daha da intensiv inkişaf edəcəyini proqnozlaşdırmaq olar”.