Ukrayna Energetika Nazirliyi qlobal enerji şirkətlərini Kiyevə mənfəətin bir hissəsini verməyə çağırıb
Dünyanın ən böyük əmtəə şirkətləri münaqişə nəticəsində əldə etdikləri artıq mənfəəti Ukrayna ilə bölüşməlidirlər, bu barədə ölkənin energetika naziri Herman Qaluşenko müsahibəsində bildirib:
"Bir çox enerji şirkətləri müharibə səbəbindən böyük mənfəət əldə edirlər. Hesablamalarımıza görə, rəqəm 200 milyard dollardan çoxdur. Məncə, bu pulu Ukrayna ilə bölüşmək ədalətli olardı. Yəni, enerjinin bərpasında bizə kömək etmək üçün bölüşmək doğru olar”.
Məlumata görə, Qaluşkonun qeyd etdiyi məbləğ beş aparıcı şirkətin - BP, Chevron, ExxonMobil, Total və Shell-in 2022-ci il üçün mənfəəti kimi qiymətləndirilir.