Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında təsdiq edilməsi haqqında qanun layihəsinin qəbulunu alqışladığını bildirib.
"Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək", - deyə Stoltenberq bildirib.
Finlandiya Xarici İşlər Nazirliyi NATO-ya üzvlük protokolunun təsdiq edilməsi təklifinin Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilməsindən sonra türkcə “Təşəkkür edirəm” mesajı paylaşıb.
Yazıda "Təşəkkür edirik! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə Türkiyə Böyük Millət Məclisinə minnətdarıq" ifadələrdən istifadə edilib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da Twitter hesabında proseslə bağlı məlumat verib və deyib:
"Bu gün 10 aydan çox davam edən işi geridə qoyduq. 17 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət etdik. İlk təsdiqlər Kanada və Danimarkadan alındı. Macarıstan təsdiqini sabah Vaşinqtona təqdim etməlidir. İndi Türkiyə Böyük Millət Məclis öz qərarını verdi. Tarixi günləri yaşayırıq”.