Macarıstanın baş naziri Orban Aİ-nin Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etməyə hazır olduğunu açıqlayıb
“Biz düşünürük ki, Aİ-yə üzv dövlətlərdən hər hansınınsa Ukraynaya sülhməramı qoşun göndərməsi lazımdı. Əvvəllər bu bizim üçün bir ehtimal olmasa da, artıq mövzu müzakirə məsələsinə çevrilib”, - deyə Macarıstanın baş naziri Orban deyib.
Siyasətçi xatırladıb ki, bir il əvvəl Ukraynaya öldürücü silahların göndərilib-göndərə bilməyəcəyi də mübahisə mövzusu olub.