USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün deputatlar İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı təqdimata baxacaqlar

03.04.2023 Siyasət
18 4
Aprelin 3-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə ediləcək.

Kommersant.az Pravda.az-a istinadən xəbər verir ki, artıq komitə üzvləri məlumatlandırılıb. Deputatlar Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı təqdimata baxacaqlar.

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə ediləcəksə, məsələyə aprelin 4-də baxılacaq. İnam Kərimovun hakim təyin edildikdən sonra Ali Məhkəmənin sədri təyin olunacağı gözlənilir.

Qeyd: İ.Kərimov 1977-ci ildə Bakıda anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb. 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.