Finlandiyada keçirilən parlament seçkilərində Müxalifət Koalisiya Partiyası qalib gəlib
Finlandiyada keçirilən parlament seçkilərinin qalibi müxalif Koalisiya Partiyası olub, bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatında deyilir:
“Səslərin 99,6%-nin hesablanmasından sonra Petteri Orponun rəhbərlik etdiyi müxalif Koalisiya Partiyası – 20,8%, Riikka Purranın rəhbərlik etdiyi müxalifətdəki “Əsl Finlər” – 20%, Sanna Marinin başçılıq etdiyi hakim Sosial Demokratlar – 19,9%, “Mərkəzçilər” liderlik edib. Orpo seçki qərargahında çıxış edərək qələbə qazandığını və hökumət koalisiyasının yaradılması üçün digər partiyalarla danışıqlara başladığını elan edib".