USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampa qarşı yeni dəlillər

03.04.2023 Siyasət
15 5
ABŞ mediası keçmiş ABŞ prezidenti Donald Trampın Floridadakı malikanəsindən yayılan “məxfi sənədlərin” tədqiqatında “mümkün maneələrə” işarə edən yeni sübutların olduğunu iddia edib.

The Washington Post bildirir ki, Ədliyyə Departamenti və FTB müstəntiqləri Trampın keçmiş köməkçisinin e-poçt və telefon mesajlarından üzə çıxarılan yeni sübutlar üzərində işləyirlər.

Xəbərdə Trampın köməkçisi Molli Mayklın keçən il Floridada işdən ayrılandan sonrakı yazışmaları çərçivəsində Mar-a-Laqodakı kritik dövrlər haqqında ətraflı məlumat olduğu göstərilir.

Bildirilib ki, istintaqı aparan müstəntiqlər yeni sübutları Trampın əlində məxfi sənədlərin saxlanması üçün rəsmi sorğulara və fəaliyyətlərə “mümkün maneə” kimi qiymətləndiriblər.

Sözügedən mənbələrin Trampın məxfi sənədlərin geri qaytarılması ilə bağlı rəsmi çağırışdan sonra malikanəsindəki bəzi qutuları şəxsən yoxladığını, şahidlərin və təhlükəsizlik orqanlarının ifadələrinə əsasən onun malikanədən bəzi sənədlərin olduğu qutuları çıxarmaqda şübhəli bilindiyini bildirib.