USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir deputatın diplomu saxta çıxdı

03.04.2023 Siyasət
8 22
Milli Məclisin daha bir deputatının saxta diplomlu olması ilə bağlı şübhəli məqamlar üzə çıxıb.

Kommersant.az Demokrat.az-a istinadən xəbər verir ki, sözügedən şəxs Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadədir (Milli Məclisin sabiq deputatı hacı Qalib Salahzadənin oğlu).

Belə ki, Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib. Ancaq özü də unudub ki, ABU-nun əsası 1995-də deyil, 1997-ci ildə qoyulub.

Bəs əsası 1997-ci ildə qoyulmuş universitetə Əliabbas Salahzadə 1995-ci ildə necə qəbul olunub?

Buradan aydın olur ki, Əliabbas Salahzadə ya 2 illik ali təhsil alıb, yaxud da hansısa yollarla ABU-nun saxta diplomunu əldə edib.

Daha sonra Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində qeyd edir ki, o, 2002-ci ildə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsində ikinci ali təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.

Həmçinin, Əliabbas Salahzadə ABU-dan aldığı saxta diplomun hesabına 2002–2003-cü illərdə cəmi 12 aylıq hərbi xidmət çəkib.

Bildirək ki, 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı Cavid Osmanovun orta məktəbi bitirdikdən sonra saxta diplom və hərbi bilet alması barədə Demokrat.az-da araşdırma yazı dərc olunub.