USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyanın oğluna hücum

03.04.2023 Siyasət
17 7
Ermənistan parlamentinin spikeri Simonyan Nikol Paşinyanın oğlu Aşota hücum olunub.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bazar günü baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücumla bağlı məlumat verib:

“Dünən Ermənistanın baş nazirinin (Aşot Paşinyan – red.) oğlu da hücuma məruz qalıb”, - spiker sosial şəbəkələrdə yazıb.

Spikerin sözlərinə görə, üç gün əvvəl Daşnaksütyun müxalifət partiyasını təmsil edən deputat Mher Saakyan parlamentin dövlət-hüquq məsələləri komissiyasının sədri Vladimir Vardanyanı vurub, bazar günü isə spikerin sözlərinə görə, Daşnaksütyun-un digər nümayəndəsi İrəvanın mərkəzində bu “təxribatı törədib”.

Spiker baş nazirin oğluna hücumun təfərrüatlarını açıqlamayıb.