USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO Ukraynaya çoxillik dəstək proqramı hazırlayır

03.04.2023 Siyasət
13 3
NATO Ukraynaya çoxillik dəstək proqramının hazırlanması ilə bağlı razılığa gəlib.

Kommersant.az xəbər verir ki, baş katib Yens Stoltenberqin məlumatlna görə, aprelin 4-5-də keçiriləcək görüşdə NATO ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstək üçün çoxillik proqramın hazırlanmasına başlamaq barədə razılığa gələcək:

“Biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə davam etməliyik. Ona görə də ümid edirəm ki, nazirlər Ukraynaya dəstək üçün çoxillik proqramın işlənib hazırlanmasına başlamağa razı olacaq”.

Qeyd edək ki, Alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldəki mənzil-qərargahında iki günlük toplantısı baş tutacaq.

Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”. Ukraynaya Qərbdən silahların verilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.