USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hafiz Hacıyev: "Kəmaləddin Qafarovla bağlı məlumatları yaxın vaxtlarda açıqlamalı olacağam"

03.04.2023 Siyasət
21 9
“Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarovun Azərbaycanda Türkiyəyə nisbətən dərmanların ucuz olduğunu deməsi düzgün yanaşma deyil. Türkiyənin dərmanlarından istifadə edirəm. Azərbaycanda dərman yoxdur. Hamısının tərkibində müxtəlif qatqılar var. Azərbaycanda başqa sahələr kimi səhiyyə sistemi də batıb, yoxdur. Buna səbəb müəyyən insanların monopilayasıdır...”

Kommersant.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda dərmanların baha olması barədə artan şikayətlərə münasibət bildirərkən deyib.

“Məndə Kəmaləddin Qafarov barədə ciddi məlumatlar var. Yaxın vaxtlarda, görünür, açıqlama verməli olacağam. Bizdə onların hamısının maxinasiya, ya nə ilə məşğul olduqları barədə çox ilginc məlumatlar var. Hər şeyi öz cibləri ilə ölçürlər, başqa işlərlə məşğuldurlar. Hamısını açıb ortaya qoyacağıq...”, - partiya sədri bildirib.

Deyilənlərlə bağlı deputat Kəmaləddin Qafarovun da mövqeyini dərc etməyə hazırıq.