Rusiya prezidenti Vladimir Putin sanksiyalar altında sənayenin inkişafı üzrə Dövlət Şurasının iclasında çıxış edib.
Kommersant.az xəbər verir ki, çıxışında Vladimir Putin bu sözlərə yer verib:
"Burada qeyd etmək istərdim ki, hamımız başa düşürük ki, sanksiyalar, əlbəttə ki, uzun müddətlidir. Ona görə də idxal olunan texnologiyaları və məhsulları əvəz etmək üçün prioritet tədbirlərlə yanaşı, burada strateji məqsədlərə yönəlmiş orta və uzunmüddətli transformasiyalara ehtiyac var. Ölkənin suveren inkişafı üçün bu vacibdir”.