Finlandiyanın NATO-ya üzvlüyünün Rusiya üçün təhdid olduğunu deyən Kremlin sözçüsü Peskov, "Bu, bizi bütün təhlükəsizlik sistemini balanslaşdırmaq üçün lazımi tədbirləri görməyə məcbur edir" dedi.
Kommersant.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada verdiyi açıqlamada Finlandiyanın NATO-ya üzvlüyünü dəyərləndirib. Bunun Rusiya üçün təhlükə olduğunu vurğulayan Peskov,
"Əlbəttə, bu, Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə maneə olacaq hadisədir. Bu, Rusiya üçün isə xüsusən təhlükə yaradır və bizi bütün təhlükəsizlik sisteminin balanslaşdırılması üçün lazımi tədbirlər görməyə məcbur edir. Təbii ki, tədbirlər planımızın hazırlığı bir qədər vaxt aparacaq. Bu, uzun bir proses olacaq, lakin təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şey ediləcək”.