Parisdə pensiya yaşının artırılmasına qarşı pankart asıblar.
Kommersant.az xəbər verir ki, Parisin əsas görməli yerlərindən birində "Arc de Triomphe"nin başında "64 il yox" sözləri yazılmış böyük bir pankart görünüb. Bannerdə həmçinin Fransanın aparıcı həmkarlar ittifaqı Ümumi Əmək Konfederasiyasının (CGT) loqosu da əks olunub.