Çavuşoğlu deyib ki, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin görüşü Moskvada keçiriləcək.
Kommersant.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu böyük ehtimalla Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşünün Moskvada baş tutacağını bildirib.
Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri dördtərəfli görüş zamanı təmasları davam etdirmək barədə razılığa gəliblər.
"Nümayəndə heyətlərinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilən görüşü xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyırdı. Qarşıdakı dövrdə bu görüşün həyata keçirilməsi üçün biz Rusiya tərəfinin dəvətini gözləyirik. Böyük ehtimalla görüş Moskvada keçiriləcək”, - deyə Çavuşoğlu Brüsseldə mətbuat konfransında deyib.