USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Türkiyə İsveçə birmənalı şəkildə stop qoyacaq" - Natiq Miri

05.04.2023 Siyasət
25 11
Fevralda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quran yandırıldı. Nəticədə Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqladı.

Bu gün isə İsveç İnzibati Məhkəməsi Quranyandırma aksiyalarına qoyulan qadağanı ləğv edib. Daha əvvəl belə bir qadağa ölkənin Daxili İşlər Nazirliyi tərəfindən tətbiq edilmişdi.

Məhkəmə qeyd edib ki, toplaşmaq və nümayiş azadlığı konstitusiya ilə qorunan hüquqlardır. Məhkəmənin fikrincə, polisin bu cür hərəkətlər zamanı təhlükəsizliklə bağlı narahatlıqları belə bir məhdudiyyət üçün kifayət etmir.

Bəs bundan sonra Türkiyə və İsveç arasında münasibət necə davam edəcək?

Kommersant.az məsələni politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Mirinin sözlərinə görə, əgər İsveç tərəfindən bu yöndə addımlar atılmırsa, ölkənin NATO-ya üzvlüyünə Türkiyə icazə verməyəcək:

“İsveç Türkiyənin tələbləri konteksində addımlar atmadığı üçün Türkiyə onların NATO-ya qəbul proosesini dayandırdı. Bunun üçün parlamentdə sənədin radifikasiyasına ehtiyac var idi ki, Türkiyə bunu etmədi. Ancaq Finlandiya İsveçdən fərqli olaraq Türkiyənin tələblərinin böyük əksəriyyətini yerinə yetirdi. Ayrıca olaraq Finlandiyada terrorçu ünsirlər o qədər də aktiv deyil. Ancaq İsveç, həm Türkiyənin tələb etdiyi terroçuların təhvil verilməsini, həm də bütünlükdə terror təşkilatlarının maliyyələşdirilməsi və digər dəstək yönünüdə təşkilatlandırılması və fəaliyyəti ilə bağlı tələbləri yerinə yetirmədi”.

Politoloq əlavə edib ki, baş verən hadisələr açıq şəkildə Türkiyəyə qarşı davranış kimi qəbul edilib:

“Ona görə də İsveçin qarşısında dur işarəsi qoyuldu. İsveç əgər nəticə çıxarmayıbsa, bundan sonra da Quranın yandırlması prosesinə yenə də azadlıq prizmasından baxırsa, düşünürəm ki, bu Türkiyəni nəzərə almamaq deməkdir. Çünki hər bir halda ilahi kitabın yandırılması heç bir halda hüquq azadlığına girə bilməz. Ancaq müəsəlmanlar xristianların həssas nöqtələrinə toxunmur, onların dini kitabı İncili küçələrdə nümayişkəranə şəkildə yandırmır. Ən azından xristian toplumu və onun inancına hörmətlə yanaşır. Buna da adekvat reaksiya olaraq Türkiyə və müsəlman toplumunun İsveçdən gözləntiləri var”.

Natiq Miri sonda onu da əlavə edib ki, tək İsveç deyil, İsveçi dəstəkləyən NATO üzvləri, ABŞ Türkiyəyə bu yöndə təzyiqlər etmək istəsə də, bu alınmadı:

"Düşünürəm ki, Ərdoğan yenidən prezident seçilsə, İsveçin bu gün anti-Türkiyə davranışarının qarşılığı olaraq birmənalı olaraq stop qoyulacaq".