USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İlham Əliyevin Tacikistana səfəri strateji konteksdə mühüm əhəmiyyət daşıyır” - Hikmət Babaoğlu

05.04.2023 Siyasət
33 3
“Azərbaycan və Tacikistanın keçmiş postsovet mərhələsindən qalan və bu günə qədər davam edən çox yaxşı əməkdaşlıq ənənələri var”.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Tacikistana səfərini şərh edərkən deyib. Deputat əlavə edib ki, Tacikistan Orta Asiyada strateji mövqeyinə görə çox mühüm ölkələrdən biridir:

“Tacikistan çox mühüm dağ- mədən ehtiyatlarına sahib olan və həm də çox böyük su ehtiyatlarına malik olan bir ölkədir. Hazırkı tarixi mərhələdə Orta Asiya ölkələri ilə münasibətlərin yüksək səviyyədə olması konteksində Tacikistanın da Orta Asiya coğrafiyası ümumrespublikalarından biri kimi Azərbaycanla əlaqələrinin daha da dərinləşməsi aktual məsələdir”.

Hikmət Babaoğlunun sözlərinə görə, bu gün Azərbaycanın həyata keçirdiyi qədim Çin orta dəhlizinin – İpək Yolunun halqalarından biri Tacikistandır. Onun Əfqanıstan və Pakistana coğrafi yaxınlığı, eyni zamanda Pakistan Çin xətti üzrə Orta Asiyadan yüklərin daşınması və yaxud resursların səfərbər olaraq iqtisadiyyata qazandırılması kimi aktual məsələlər var:

“Ona görə də Azərbaycan Prezidentinin Tacikistana səfəri həm iqtisadi konteksdə, həm də siyasi coğrafiya etibarı ilə strateji konteksdə mühüm əhəmiyyət daşıyan bir səfərdir”.

Qeyd edək ki, aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.