Bakıda hakimiyyəti silahlı ələ keçirməyi planlaşdıran cinayətkar qrup zərərsizləşdirilib.
Kommersant.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Prokurorluğun birgə yaydığı məlumatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları şəriətin nəzarətində olan “Kərimə” dövləti yaratmaq məqsədilə “müqavimət dəstəsi” yaratmağa cəhd göstərən cinayətkar qruplaşmanı zərərsizləşdirib:
“Hüquq-mühafizə orqanları şəriətin nəzarətində olan Kərimə dövləti yaratmaq, ölkədə silahlı iğtişaşlar yolu ilə hakimiyyəti ələ keçirmək və Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə “müqavimət dəstəsi” yaratmağa cəhd edən cinayətkar dəstəni zərərsizləşdirib. 8 nəfər qrup üzvü saxlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir”, - deyə məlumatda deyilir.