USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa genişmiqyaslı etirazlara hazırlaşır

06.04.2023 Siyasət
23 5
Fransa baş nazirlə həmkarlar ittifaqları arasında keçirilən görüşün yaranmış siyasi dalanı həll edə bilməməsindən sonra yeni etirazlara hazırlaşır.

Kommersant.az xəbər verir ki, yanvar ayından bəri yüz minlərlə insan həmkarlar ittifaqları tərəfindən təqaüd yaşını iki il artıraraq 64-ə qaldıran qanun layihəsinə qarşı təşkil edilən kütləvi nümayişlərə qatılıb. Fransa prezidenti Emmanuel Makron ictimaiyyətin böyük reaksiyasına baxmayaraq, təkidlə qüvvəyə mindirməkdə israr etdiyi pensiya yaşı islahatının zəruri olduğunu və ilin sonuna kimi həyata keçirilməyə başlayacağını açıqlayıb.

“Qanuna müqavimət göstərməyə davam edəcəyik”

Fransanın baş naziri Elizabet Born ilə dünənki bir saatlıq danışıqların nəticəsiz qalmasından sonra həmkarlar ittifaqları qanuna müqavimət göstərməyə davam edəcəklərini bildirib.

Həmkarlar ittifaqları böhrandan yeganə çıxış yolunun qanunun geri götürülməsi ilə ola biləcəyini desələr də, Borne bu ehtimalı qətiyyətlə rədd edir.

Fransanın ən böyük həmkarlar ittifaqı CFDT-nin prezidenti Laurent Berger, görüşdən sonra bu gün Fransada maksimum sayda işçi, kişi və qadını küçələrə çıxmağa çağırdı. Son üç ayda keçirilən 11-ci nümayişdə bugünkü iştirak səviyyəsi nümayişlərin sürətini itirib-itirmədiyini göstərəcək.