Türkiyədə istehsal olunan ilk yerli elektromobil - "Togg”un sayca ikinci modeli aprelin 4-də gətirilərək, Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.
Türkiyənin ilk milli elektromobili olan bu avtomobilə ölkəmizdə maraq necədir? Bu avtomibillər kütləvi satışa çıxarsa maraq olacaqmı?
Kommersant.az xəbər verir ki, məsələni nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla müzakirə edib.
Eldəniz Cəfərv bildirib ki, “Togg”a artıq ölkəmizdə maraq yaranıb. Lakin Azərbaycanda elektromillər üçün infrastrukturun yaradılması prosesi demək olar ki, yenidir:
“Hazırda Azərbaycanda elektromobillər üçün infrastrukturun yaradılması prosesi gedir. Bizdə cəmi 40-a qədər elektrik doldurma məntəqəsi var. Bu il ərzində elektrik doldurma məntəqələrinin sayı artacaq”.
Ekspert onu da əlavə edib ki, ölkəmizdə elektrik doldurma mərkəzlərinin yaradılması üçün lazım olan avadanlıq və cihazların idxalı zamanı onlar gömrük rüsumlarından tamamilə azad edilib.
“Bu da elektrik doldurma məntəqələrinin ölkə üzrə sayının artırılmasına şərait yaradır”.
Eldəniz Cəfərovun sözlərinə görə, elektrik doldurma məntəqələrinin sayı artdıqca “TOGG”da maraq daha da artacaq və ölkədə populyar bir nəqliyyat vasitəsinə çevriləcək:
“ Burda əsas rollardan biri həmin avtomobilin qiymət rəqabətliliyiir. Əgər öz seqmentində qiyməti daha da uyğun olacaqsa, vətəndaşlar üçün bu münasib ola bilər”.