Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfər edəcək.
Kommersant.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası informasiya yayıb.
“2023-cü il aprelin 10-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutacaq”, - məlumatda deyilir.
Bildirilir ki, Astanada iki dövlət başçısının dar və geniş tərkibdə görüşləri planlaşdırılır. Danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının əsas məsələləri daxildir.