USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elmira Axundovanı səfir postunda Seymur Mərdəliyev əvəz edəcək?

07.04.2023 Siyasət
26 7
Dünən ölkə mətbuatında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın geri çağırılacağı ilə bağlı məlumatlar yayılıb.

Kommersant.az xəbər verir ki, Bizim.media-nın apardığı araşdırmalar nəticəsində, Elmira Axundovanın yerinə təyin olunacaq namizədin adı məlum olub.

Sözügedən şəxs Seymur Mərdəliyevdir.

S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsini icra edir.

Məsələ ilə bağlı Elmira Axundova ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qalıb.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib.