USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrovdan xəbərdarlıq

07.04.2023 Siyasət
7 18
Qərbin maneələri davam edərsə, Rusiya taxıl müqaviləsindən kənar hərəkət edəcək.

Kommersant.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Lavrov Qərb ölkələrinin “maneə” adlandırdığı təcrübələrin davam edəcəyi təqdirdə ölkəsinin Qara dəniz taxıl dəhlizi sazişindən kənarda hərəkət edəcəyini açıqlayıb.

Lavrov qeyd edib ki, Rusiyanın taxıl və gübrə ixracına SWIFT maliyyə mesajlaşma sistemi və sığorta xidmətlərinə qoyulan məhdudiyyətlər təsir edib.

Rusiya ixracına qoyulan məhdudiyyətlərin daha da sərtləşdiyini ifadə edən Lavrov Çavuşoğlu ilə Qara dəniz taxıl dəhlizi müqaviləsindəki maddələrin icrasındakı “uğursuzluğu” müzakirə etdiklərini bildirib.

Qərb ölkələrinin ölkəsinin döyüş meydanında məğlub olmasını istədiyini ifadə edən Lavrov Qərbin “Rusiyadan sonra Çini” hədəf aldığını gizlətmədiyini də söyləyib.

Qərbin Rusiyanın təhlükəsizlik narahatlıqlarını təkəbbürlə görməzdən gəldiyini bildirən Lavrov, Rusiyanın maraqları nəzərə alındıqca ölkəsinin Ukrayna danışıqlarını rədd etməyəcəyini deyib.

Digər tərəfdən, Lavrov ABŞ-ı Rusiya, ABŞ, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında keçiriləcək danışıqlara mane olmaqda ittiham edib.

Birləşmiş Millətlər Təşkilatında amerikalı həmkarı Antoni Blinkenlə görüşüb-görülməyəcəyi sualına cavab olaraq Lavrov deyib ki, dialoq üçün “ciddi təklif” gələrsə, görüş baş tuta bilər.

  • Əvvəlki

    Yelo Bank dəyərli əşyaların üçün depozit qutularını təklif edir

Digər xəbərlər