Kreml Parisin Ukrayna münaqişəsində vasitəçi olması ideyasını şərh edib.
Kommersant.az xəbər verir ki, Fransa indi Ukraynadakı münaqişənin həllində vasitəçi roluna iddia edə bilməz, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Paris faktiki olaraq münaqişənin iştirakçılarından birinin tərəfini tutur. Bundan əlavə, Paris həm dolayısı ilə, həm də birbaşa olaraq bu münaqişədə Ukraynanın tərəfində iştirak edir. Ona görə də burada hər hansı vasitəçilik səylərini təsəvvür etmək hələ də çətindir", - bu barədə Kremlin sözçüsü bildirib.