USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Makronun Tayvanla bağlı sözlərinin Avropaya zərər verəcəyinə inanır

11.04.2023 Siyasət
29 16
Financial Times qəzeti yazır ki, Aİ Fransa prezidenti Emmanuel Makronun Avropanın Tayvanla bağlı münaqişəyə cəlb edilməməsi ilə bağlı şərhinin həm Avropa ölkələrinin özlərinə, həm də Ukrayna və ABŞ arasındakı münasibətlərə zərər vuracağına inanır.

Kommersant.az xəbər verir ki, Makron bir müddət əvvəl Çinə səfərindən sonra "Avropa ABŞ və Çin arasında Tayvanla bağlı qarşıdurmaya çəkilməməli və “Amerika ritminə” uyğunlaşmamalıdır", - deyə açıqlama verib.

Onun fikrincə, avropalılar “ayılıb” öz maraqları haqqında düşünməlidir.