USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident DİN və DTX-yə yeni səlahiyyət VERDİ

11.04.2023 Siyasət
13 9
"Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilib.

Kommersant.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Dəyişikliklə sənədə aşağıdakı məzmunda 2.5.3-cü yarımbənd və 2.6-cı bənd əlavə edilir:

"2.5.3. həmin Qanunun 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2.6. həmin Qanunun 14.4-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.”.
Qeyd edək ki, Qanunun 14-cü maddəsinin (Məcburi dövlət genom qeydiyyatı) 14.1.3-cü bəndində deyilir:

"Xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad)”.

Həmin maddənin 14.4-cü bəndində deyilir:

"Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir”.