Kremlin sözçüsü Peskov bildirib ki, Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı barədə məlumatlar həqiqəti əks etdirmir.
Kommersant.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
"The Washington Post"un Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı xəbərini dəyərləndirən Peskov, "Bu, mütəmadi olaraq təkrarlanan saxta xəbərlərə bənzəyir. Xəbəri belə qiymətləndirmək lazımdır" deyib.
İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında müzakirə mövzusu olan Kuril adaları ilə bağlı sualı cavablandıran Peskov, “Kuril adaları Rusiya Federasiyasının tərkib hissəsidir” deyib.