“Ulu Öndərimiz Heydər Əliyevin yubiley ili - Heydər Əliyev ili ərəfəsində Astanada Heydər Əliyevin adına küçənin açılışı və açılışda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin iştirakı qürurverici hadisədir və hər iki dövlətin sarsılmaz dostluğunun, qardaşlığının ifadəsidir. Dünyanın bir çox ölkəsində olduğu kimi, Heydər Əliyevin adı, fəaliyyəti, ölməz ideyaları Qazax xalqı üçün də əzizdir və başda dövlət rəhbərləri olmaqla qardaş ölkənin vətəndaşları bu müdrik, uzaqgörən siyasətçini, dahi şəxsiyyəti daim böyük məhəbbət və ehtiramla yad edirlər”.
Kommersant.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.
“Azərbaycan və Qazax xalqlarını əsrlərlə davam edən əməkdaşlıq qarşılıqlı əlaqələr, iqtisadi - siyasi münasibətlərlə bərabər, bu dövlətlərin rəhbərlərinin bir - birlərinə olan dostluq, qardaşlıq duyğuları, istəkləri də birləşdirilmiş və bu münasibətlər günümüzdə özünün ən yüksək mərhələsindədir. Heydər Əliyev adına küçənin açılışında Azərbaycan Prezidenti bu münasibətlərə yüksək qiymət verərək demişdir: “Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq, bugünkü mərasim bizim münasibətlərimizin sarsılmazlığına, qardaşlığımıza və qarşılıqlı hörmətimizə daha bir sübutdur. Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Prezidentə və bütün qazaxıstanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm”. Bu adi bir təşəkkür deyil. Heydər Əliyevin türk xalqlarının birliyi, həmrəyliyi uğrunda apardığı mübarizənin bu gün hörmətli Prezidentimiz tərəfindən verilən dəstəyin uğurlarından doğan təşəkkürdür. Artıq türk dövlətləri bir araya gəlməkdə, birləşməkdə və birgə mübarizə aparmaq - araya gəlməkdə, birləşməkdə və birgə mübarizə aparmaqdadılar. Bu Türk dünyasının gələcək çətinliklərdən qurtarmaq, dövlətlərin təhlükəsizliyini, həm də inkişafını təmin etmək baxımından çox əhəmiyyətlidir və hər birimizi sevindirir”, - T.Rzayev qeyd edib.