Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinada rəsmi səfərdə olacaq.
Kommersant.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin NAP informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviçin dəvəti ilə baş tutacaq. Səfər zamanı enerji sahəsində əməkdaşlıq müzakirə olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb. Tsviyanoviç dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib.