Britaniya hökumətinin internet saytında verilən məlumata görə, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Kommersant.az xəbər verir ki, “Rusiyaya qarşı sanksiya rejiminə uyğun olaraq 11 yeni təyinat və 1 düzəliş edilib”, - deyə məlumatda deyilir.
O cümlədən, Rusiyalı iş adamı Süleyman Kərimovun qızı Gülnarə Kərimova, Dağıstanın keçmiş İnformasiya Siyasəti və Kütləvi Kommunikasiyalar naziri Nəriman Hacıyev, AFK Sistema-nın idarəedici partnyoru və MTS PJSC-nin Direktorlar Şurasının rəhbəri Feliks Yevtuşenkova qarşı sanksiyalar tətbiq edilib.
Britaniya hakimiyyətinin fikrincə, Kərimova və Hacıyevin Rusiya əleyhinə sanksiya siyahısına salınmasına səbəb “Ukraynanın sabitliyinin pozulmasında” əli olan Süleyman Kərimovla əlaqəsinin olmasıdır.