USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan Özbəkistan Prezidenti ilə danışdı

12.04.2023 Siyasət
26 7
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Kommersant.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr müzakirə olunub.

Ərdoğan Türk dünyası olaraq birlik içində daha çox nəticələrin əldə edilə biləcəyinə inandığını vurğulayıb. O, Türkiyə ilə Özbəkistan arasındakı güclü əməkdaşlığın bu anlayışın əsas sütunlarından biri olduğunu bildirib.

Bundan əlavə, Türkiyə lideri özbəkistanlı həmkarını Türkiyənin ilk elektromobili olan “TOGG”u əldə etmək münasibəti ilə təbrik edərək uğurlu olmasını diləyib.//APA