Rusiya İranla sənaye sahəsində əməkdaşlıqda maraqlıdır.
Kommersant.az xəbər verir ki, Moskva Ticarət və Sənaye Palatasının İrandakı tərəfdaşlarla xarici iqtisadi əməkdaşlıq komissiyasının sədri Nikolay Maşkov bildirib ki, Rusiya İranla sənaye əməkdaşlığında maraqlıdır:
"Rusiya İranla müxtəlif sahələrdə sənaye əməkdaşlığında maraqlıdır. Bu, maraq dərmanlar, tibbi avadanlıq və cihazlar, tikinti materialları, kimya məhsulları, eləcə də avtomobil sənayesi üçün ehtiyat hissələri və komponentlərin istehsalı üzrə birgə müəssisələrin yaradılması və daha çox sahəyə aiddir", deyib.