ABŞ prezidenti Co Bayden müğənni və aktrisa Ledi Qaqanın Ağ Evin İncəsənət və Mədəniyyət Komitəsinin həmsədrliyinə namizədliyini irəli sürüb
Kommersant.az xəbər verir ki, açıqlamaya görə, Qaqa 13 Grammy Mükafatının sahibidir və bu onu "tarixin kommersiya baxımından ən uğurlu qadın musiqiçilərindən biri edir. Ağ Ev onu da xatırladıb ki, o, Forbes jurnalının dünyanın ən nüfuzlu qadınları siyahısına, həmçinin Time jurnalına görə dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edilib.