Köhnə qitədə 6 nöqtə “Gəl, burada yaşa” deyərək qapılarını əcnəbilərin üzünə açıb. Üstəlik, hətta həmin şəhərlərdə yaşamaq üçün onlara pul da təklif olunur.
Kommersant.az xəbər verir ki, siyahı belədir:
1-Albinen (İsveçrə): Valais kantonunun Leuk bölgəsində bələdiyyə əhalinin 250-dən aşağı düşəcəyi halda bura köçəcək ailələrə 50 min avro ödəyəcəyinə söz verdi. Yeganə qayda İsveçrə vətəndaşı olmaq və ya İsveçrə C yaşayış vizası üçün uyğun olmaqdır.
2-Ponga (İspaniya): İspaniya səlahiyyətliləri 600 nəfərlik şəhərə köçmək üçün Britaniya vətəndaşları axtarır. Gedənlərə 3 min avro, orada doğulan hər uşağa görə isə 3 min avro veriləcək.
4-Kalabria (İtaliya): Şəhərdə əhalisi 2 mindən az olan kəndlərdə məskunlaşanlara 28 min avro veriləcək. Yeganə qayda 40 yaşdan aşağı olmaq, orada biznes qurmaqdır.
5-Pressicce-Acquarica (İtaliya): Puglia bölgəsindəki yerə köçən əcnəbilərə 30 min avro veriləcək. Hər doğulan uşağa min avro veriləcək.
6-Sardiniya (İtaliya): Yerləşənlərə 15 min avro ödəniləcək. Yeganə qayda Sardiniyada 365 gün yaşamaq və adaya çatan kimi daimi yaşayış üçün rəsmi müraciət etməkdir.