İrəvan Vaşinqtonla əlaqələrin intensiv inkişaf etdiyini bəyan edir.
Kommersant.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib ki, Ermənistanla ABŞ arasında münasibətlər xüsusilə iqtisadi sahədə intensiv inkişaf edir, KTMT-yə üzvlük isə digər ölkələrlə əməkdaşlıqda problem yaratmır.
"Biz ABŞ-la əməkdaşlığı daha geniş iqtisadi kontekstdə qurmağa çalışırıq, çünki texnologiyalara və inkişaf etmiş iqtisadiyyata malik olmaq üçün onunla əlaqələrimiz var. ABŞ çox önəmlidir. Bu mənada onlar çox irəlidədir”, - deyə Qriqoryan CivilNet yerli onlayn resursuna bildirib.