Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Kommersant.az xəbər verir ki, 42 yaşlı Məcnun Qadir oğlu Məmmədov ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin və Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində alıb.
O, təyinata qədər bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Daha öncə Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin və “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində işləyib.
Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.