Jurnalist Taker Karlson Fox News proqramında bildirib ki, Konqresin və prezident Co Baydenin təmsil etdiyi ABŞ hakimiyyəti Rusiyaya qarşı müharibəyə başlamaqla qanunu pozub.
Kommersant.az xəbər verir ki, o, Ukrayna qoşunlarının vəziyyətini və Vaşinqton və NATO-nun onları gücləndirmək planlarını təsvir edən Pentaqonun sızdırdığı sənədləri şərh edərkən bildirib:
"Birləşmiş Ştatlar Rusiyaya qarşı müharibənin birbaşa iştirakçısıdır. Dediyimiz kimi, Amerika əsgərləri ruslara qarşı vuruşur. Bu müharibə rəsmən elan olunmayıb. Konqres tərəfindən icazə verilməyib, bu, Amerika qanunlarının pozulmasıdır”.
Karlson əlavə edib ki, Ukrayna faktiki olaraq münaqişəni uduzur, Ukraynanın hava hücumundan müdafiəsi tamamilə bərbad vəziyyətdədir və Bayden administrasiyası bunu yaxşı bilir.