“Ola bilər ki, Ukraynanın əks-hücum planı bir müddətlik təxirə salınsın, amma ümumilikdə təxirə düşməyəcək”.
Kommersant.az xəbər verir ki, bunu açıqlamasında politoloq İlqar Vəlizadə Pentaqonun sızdırdığı sənədləri şərh edərkən bildirib.
Politoloq qeyd edib ki, hamı Ukraynanın əks-hücuma hazırlaşdığını bilir və çox güman ki, bu da olacaq:
“Lakin əks hücum hansı istiqamətdə, hansı qüvvələrlə həyata keçiriləcək, bu məsələdə korrektələr olacaq”.
İlqar Vəlizadənin sözlərinə görə, bu sızdırlmış məlumatlar ondan xəbər verir ki, Ukrayna tərəfi əks-hücum planını strateji baxımdan hazırlamayıb.
“Bu plan Amerika Birləşmiş Ştatlarının kordinasiyası ilə həyata keçirilir. Və burada da güman ki, əsas qərarı ABŞ verir, Ukrayna tərəfi yox. Amerikadan kifayət qədər dəstək almasalar, Amerika Ukraynanı hətta texniki yardım məsələlərdə dəstəkləməsə, onların istəyi olmasa, Ukrayna çətin ki, əks hücum edə.”
Plandakı korrektələr barədə danışan politoloq qeyd edib ki, ümumi təcrübə göstərir ki, hansısa bir informasiya, bir məxfi məlumata əks tərəfin əlinə düşəndə, açılanda əlbəttə ki, planlarda ləngimələr olar. Bu ləngimələr də müəyyən korrektələrlə bağlı olur. Bundan sonra necə davam edəcəyini isə zaman göstərəcək”.
Qeyd edək ki, keçən həftə mətbuatda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlığı ilə bağlı Pentaqonun məxfi qrifli sənədlərinin "sızması” barədə məlumat yayılıb. Bununla bağlı Pentaqon məxfi məlumatlara çıxışı olan insanların sayını bir neçə dəfə azaldıb.
Federal Təhqiqatlar Bürosunun əməkdaşları bu gün, aprelin 13-də ABŞ-ın məxfi sənədlərini yaymaqda şübhəli bilinən şəxsi həbs ediblər.