USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Suraxanı İcra Hakimiyyətinə pul verib buranı tikirəm..." - İcra başçısının saxtakarlığı üzə çıxdı

14.04.2023 Siyasət
13 24
Bakının Suraxanı rayonu heç vaxt icra başçısı sarıdan yarımayıb. Rayona kim rəhbər təyin olunubsa, söküb-dağıdıb, satıb və yağmalayıb, qanunsuz tikintilərə meydan açıb, rüşvət alıb harda gəldi obyekt tikməyə şərait yaradıblar. Ona görə indi Suraxanıda barmaq qoymağa demək olar ki, yer qalmayıb deyə hazırki icra başçısı Əziz Əzizov da yaşayış binalarının qabağını satmağa keçib. Ə.Əzizov görüb ki, ona boş yerlər çatmayıb, sələfi İlqar Abbasov Suraxanını qarış -qarış peşkəş edib, indi o da binaların önünü pay-püş etməkdədir.

Heç kimə sirr deyil ki, bu gün hansısa daşı daşın üstünə qoymaq üçün gərək icra hakimiyyəti ilə dil tapasan, görüm-baxım edəsən. Yəni hansısa məmur deyəndə ki, onun xəbəri olmadan kimsə icazəsiz tikinti işləri aparıb, əmin olun gözünün içinə qədər ağ yalan danışır. Necə ki belə bir absurd yalanı Suraxanı icra başçısı Əziz Əzizov Yeni Günəşli qəsəbəsi AB massivində yaşayış binasının sakinlərinə danışmaqdadır. Burada hiyləsi isə sakinlərin "başı altına yastıq qoyub" onları aldatmaq, sakitləşdirmək və daha sonra qanunsuz tikintinin davam etməsinə şərait yaratmaqdır.

  • Əvvəlki

    Talıbovlara bağlı ünvanda 14 milyonluq yeni şirkət yaradılıb

Digər xəbərlər