Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Ermənistan SSR çərçivəsində tanınsa və İrəvanın başqa ölkələrə ərazi iddiası olmasa, regionda sülh mümkündür.
Kommersant.az xəbər verir ki, Paşinyan açıqlamasında bunları da vurğulayıb:
“Bütün beynəlxalq münasibətlərimizdə təkcə bu gün deyil, həm də gələcək üçün aydın şəkildə müəyyənləşdirsək ki, Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazisini tanısaq, sülh mümkündür. Çərçivəsində 1991-ci ildə müstəqillik əldə etdiyimiz Ermənistan SSR-nin (Qarabağ istisna olmaqla) yəni, bizim heç bir ölkəyə qarşı ərazi iddiamız olmayıb və heç vaxt olmayacaq”.
Onun sözlərinə görə, o zaman Ermənistanın inkişafına mane verməyəcək. Onun sözlərinə görə, bu şərtlər daxilində digər ölkələrin gündəmi Ermənistan dövlətinin mövcudluğu olacaq.