USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rusiya dinləməyə hazırdır" - PESKOV

18.04.2023 Siyasət
22 11
Peskov üçüncü ölkələrin Ukraynadakı sülh təşəbbüslərini şərh edib

Kommersant.az xəbər verir ki, "Rusiya Federasiyasının mövqeyini nəzərə alan istənilən ideya diqqətə layiqdir, Rusiya dinləməyə hazırdır", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada xaricdən gələn sülh təşəbbüslərini şərh edərkən bildirib.

Bundan əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ABŞ və Avropa Ukraynada nizamlanmanın əldə edilməsi haqqında danışmağa başlamalı, münaqişəni təşviq etməməlidir. O, Ukraynadakı münaqişəyə cəlb olunmayan ölkələri nizamlama üzrə danışıqların irəliləyişinə görə məsuliyyəti öz üzərinə götürməyə, habelə bu münaqişənin sona çatması üçün Rusiyaya “minimum şərtlər” təqdim etməyə çağırıb. Bundan əlavə, Lula da Silva Ukraynadakı vəziyyəti müzakirə etmək üçün G20-yə oxşar format yaratmağı təklif edib.