Rusiya Böyük Britaniya, ABŞ və Kanadaya daxili işlərinə müdaxilə səbəbi ilə etiraz notası verib.
Kommersant.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin yaydığı yazılı açıqlamada qeyd olunur ki, Böyük Britaniya, ABŞ və Kanada dövlətləri Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 illik həbs cəzası barədə təxribat xarakterli bəyanatlar veriblər.
Bəyanatda bütün bunların qəbuledilməz olduğu, bu səbəbdən Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Kanadanın Moskvadakı səfiri Alison Le Klairin Rusiya XİN-nə çağırılaraq, etiraz notası təqdim olunduğu deyilir.