USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin G7 ölkələrinin birgə bəyannaməsinə etiraz edir

19.04.2023 Siyasət
20 2
Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirilən növbəti mətbuat konfransında G7 nazirlərinin Tayvan, Şərqi və Cənubi Çin dənizi, Honq-Konq, Sincan və Tibetdəki problemlərlə bağlı birgə bəyanatının nəticələrini dəyərləndirib.

Kommersant.az xəbər verir ki, G7 ölkələrini "Çini ləkələməkdə" və "daxili işlərinə qarışmaqda" günahlandıran sözçüsü Vanq, "Bəyanat qrupun təkəbbürünü, qərəzliliyini və Çini ləngitmək, bloklamaq üçün şüurlu istəyini əks etdirir. Bu münasibəti pisləyir və rədd edir, ev sahibinə etiraz edirik" deyib.

Vang, Tayvanın Çinin "müqəddəs torpağı" olduğunu və "vahid Çin" prinsipinin Tayvan boğazında sülh və sabitliyin əsasını təşkil etdiyini müdafiə edərək, "Tayvanın müstəqilliyinə yönəlmiş hərəkətlərə qarşı çıxmaq lazımdır" ifadəsini işlətdi.

Honq-Konq, Sincan və Tibetlə əlaqələrdəki problemlərin tamamilə Çinin “daxili işi” olduğunu vurğulayan Vanq, “Heç bir xarici gücün heç bir bəhanə ilə və ya hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur” dedi.