Macarıstan Ukraynadan idxalı qadağan olunan məhsulların siyahısını genişləndirib.
Kommersant.az xəbər verir ki, Ukrayna ərazisindən Macarıstana idxalı qadağan edilən məhsulların siyahısına taxıl və yağlı bitkilərdən əlavə ət, quş əti, yumurta, tərəvəz, bal, çörək məhsulları, şəkər və şərab daxil edilib.
Polşa və Macarıstan aprelin 15-də 2023-cü il iyunun 30-dək bir sıra bitki və heyvan mənşəli məhsulların Ukraynadan idxalına qadağa qoyub. Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri İştvan Nagy vurğulayıb ki, Macarıstan Aİ-dən avropalı fermerlərə dəstək üçün tədbirlər görəcəyini və Ukraynadan kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı qaydalarına yenidən baxılmasını gözləyir.