Kreml Bakı ilə İrəvan arasında gərginliyi azaltmaq üçün atılan addımları alqışlayır.
Kommersant.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sazişlərinin həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımı alqışlamağa hazırıq”, - deyə Peskov bildirib.